Qulaqda eşidilən uğultu bununla əlaqəli imiş
Sağlamlıq
Dünyanın müxtəlif ölkələrində insanların eşitdiyini iddia etdiyi sirli aşağı tezlikli uğultunun əksər hallarda tinnitusun (xarici səs mənbəyi olmadan eşidilən səs) bir növü olduğu müəyyən edilib.
News24.az xəbər verir ki, bu barədə Norveç Təbiət və Texniki Elmlər Universitetinin alimləri araşdırma aparıb.
Tədqiqat zamanı Almaniyadan olan 28 nəfər müayinə olunub. Nəticələr göstərib ki, onların əksəriyyətində aşağı tezlikli səslərə qarşı qeyri-adi həssaslıq yoxdur.
Alimlərin fikrincə, insanların çoxunun eşitdiyi sirli uğultu əslində aşağı tezlikli tinnitus ola bilər. Bununla belə, bəzi hallarda səs ventilyasiya sistemləri, nəqliyyat, külək turbinləri və digər xarici mənbələrdən də yarana bilər.
Tədqiqat müəllifləri bildiriblər ki, bu fenomenin dəqiq səbəbini müəyyənləşdirmək üçün daha geniş araşdırmalara ehtiyac var. (Axsam.az)