Qurban bayramında qidalanma: Qırmızı ət necə bişirilməli və necə yeyilməlidir?

Qurban bayramında qidalanma: Qırmızı ət necə bişirilməli və necə yeyilməlidir? Sağlamlıq

Qurban bayramı günlərində süfrələrdə qırmızı ət əsas yer tutur, lakin mütəxəssislər bu dövrdə düzgün qidalanma qaydalarına əməl etməyin vacibliyini vurğulayırlar.

News24.az xəbər verir ki, qidalanma mütəxəssisləri kəsilən ətin dərhal bişirilib yeyilməməli olduğunu bildirirlər. Ətin 12–24 saat saxlanması onun daha rahat həzm olunmasına kömək edir.

Qırmızı ət orqanizm üçün faydalı olsa da, onu həddindən artıq yemək ürək-damar sistemi və həzm problemləri yarada bilər. Buna görə də gündəlik qida tələbini aşmamaq vacibdir.

Mütəxəssislər ətin az yağlı hissələrinin seçilməsini tövsiyə edirlər. Ətin qızartma əvəzinə qaynadılması, sobada və ya buxarda bişirilməsi daha sağlam hesab olunur.

Eyni zamanda qırmızı ətlə yanaşı tərəvəz, salat və qatıq kimi qidaların qəbul edilməsi də həzmi asanlaşdırır və qidalanmanı balanslaşdırır.

Hansısa xəstəlikdən əziyyət çəkənlərin isə xüsusilə ehtiyatlı davranması tövsiyə olunur.