“Qurban ətini əsla bu şəkildə paketləyib soyuducuya qoymayın!” - XƏBƏRDARLIQ

“Qurban ətini əsla bu şəkildə paketləyib soyuducuya qoymayın!” - XƏBƏRDARLIQ Sağlamlıq

Türkiyə Qəssablar Federasiyasının sədri Osman Yardımcı qarşıdan gələn Qurban bayramı ərəfəsində vətəndaşlara qurban ətinin saxlanma qaydaları və gigiyena ilə bağlı xəbərdarlıqlar edib.

News24.az xəbər verir ki, onun sözlərinə görə, qurban ətinin düzgün saxlanmaması həm iqtisadi itkilərə, həm də sağlamlıq problemlərinə səbəb olur:

“Vətəndaşlar xüsusilə qurban kəsimindən sonra ətin saxlanılması zamanı edilən səhvlərə diqqət yetirməlidirlər. Ət paketə qoyularaq birbaşa soyuducuya yerləşdirilməməlidir. Ətlər 5-6 saat müddətində dinləndirilməlidir. Qurban kəsildikdən sonra ət dərhal soyuducuya qoyulmamalıdır.   Dördpendirli pizza

Evlərdə kondisioner varsa, işlətsinlər. Ətlər təmiz örtü və ya sərgi üzərinə sərilməli, hər iki tərəfi bir saatdan bir çevrilməlidir. Təxminən 5-6 saat dincələn ət həm özünü toparlayır, həm də emal zamanı itki vermir. Amma isti əti üst-üstə yığsanız, yanma yaradar, rəngi dəyişər və bakteriya əmələ gətirər. Bu isə insan sağlamlığı üçün ciddi risk daşıyır.”

Federasiya olaraq illərdir vətəndaşları maarifləndirməyə çalışdıqlarını deyən Yardımcı əlavə edib ki, biz illərdir televiziyalarda və mətbuatda vətəndaşlara ətin necə saxlanmalı olduğunu izah edirik:

“Xüsusilə xanımlara deyirik ki, qurban əti dərhal paketə qoyulub soyuducuya atılmaz. Bu şüur formalaşdığı üçün Türkiyə üzrə ət itkisi əvvəlki 25-30 faizdən 3-5 faizə qədər azalıb”.

Ətin insan sağlamlığı baxımından əhəmiyyətinə diqqət çəkən Yardımcı son olaraq bildirib ki, ət fosfor, kalsium və protein baxımından çox önəmli qida məhsuludur:

“İnsan orqanizmində qan hüceyrələrinin yenilənməsinə kömək edən əsas qidalardan biridir. Buna görə də düzgün saxlanılması vacibdir. Vətəndaşlarımız qurbanın ilk günü ətləri düzgün şəkildə mühafizə etməyə vaxt ayırmalıdırlar.” (Yeni Sabah)