Ruhi xəstəliklərdən əziyyət çəkən insanların sayı açıqlandı
Sağlamlıq
Dünyada təxminən 1,2 milyard insan ruhi xəstəliklərdən əziyyət çəkir.
News24.az xəbər verir ki, bu barədə "CNN"- nin araşdırmasında qeyd olunub.
Bu göstərici 1990-cı illə müqayisədə təxminən iki dəfə - 95% çoxdur. Alimlərin fikrincə, ruhi pozğunluğu olan insanların sayı artmaqda davam edir. Araşdırmaya görə, ən böyük artım narahatlıq (158% ) və depressiya (131% ) diaqnozu qoyulanlarla bağlı olub. Bipolyar pozğunluq, şizofreniya, anoreksiya və bulimiya halları da artıb.
Qeyd olunur ki, 15-39 yaş arası gənclər ən çox ruhi xəstəliklərdən əziyyət çəkirlər.