Saç tökülməsindən xilas olmağın yolu - Bunları edin
Sağlamlıq
Saçın bütün uzunluğu boyunca kütləvi qırılmalar ciddi zədələnmənin əlamətlərindən biridir.
News24.az xəbər verir ki, bu sözləri rusiyalı mütəxəssis Artyom Kayukov deyib.
“Burada söhbət müxtəlif uzunluqda çoxsaylı qısa qırılmış saç tellərindən gedir. Saç darandıqdan sonra paltarın üzərində nəzərəçarpacaq miqdarda tük qırıntıları qalırsa, bu, keratinin denaturasiyasından xəbər verə bilər”, – deyə ekspert bildirib.
Diqqət yetirilməli digər əlamət isə saçların kökü ilə birlikdə tökülməsidir. Kayukovun sözlərinə görə, sutkada tökülən saçların sayı 100–150-ni keçirsə, trixoloqa müraciət etmək lazımdır.
Mütəxəssis mümkün səbəblər arasında dəmir çatışmazlığı anemiyasını, COVID-dən sonrakı sindromu, qida rasionunda kalorinin kəskin azaldılmasını və qalxanabənzər vəz hormonlarının disbalansını qeyd edib.
Kayukov saçın elastikliyini itirməsinin də ciddi problem olduğunu bildirib.
Saçların vəziyyətini yoxlamaq üçün yaş saç telini götürüb uclarından ehtiyatla dartmaq lazımdır. Sağlam saç teli öz uzunluğunun 20–30 faizi qədər uzana, daha sonra isə tədricən əvvəlki vəziyyətinə qayıda bilir.
“Zədələnmiş saç ümumiyyətlə dartılmaya və xışıltılı səslə qırıla bilər. Bu, saçın həddindən artıq qurumasına işarədir. Digər variantda isə saç həddindən artıq uzanır və sonra saqqıza bənzər şəkildə qopur”, – deyə bərbər izah edib.
Ekspertin ən nəzərəçarpan əlamətlərdən biri kimi qeyd etdiyi digər hal isə saçın əvvəllər istifadə olunan prosedurlara reaksiyasının dəyişməsidir.
Məsələn, boya saçda ləkəli şəkildə qala, 5 dəqiqə ərzində gözlənilmədən soyuq tona keçə və ya əksinə, ümumiyyətlə rəngini göstərməyə bilər.
Bundan sonra saç qurudulduqda kəndir lifinə bənzər kobud görünüş ala bilər.
Bənzər vəziyyət saç düzümündə də yarana bilər: buruqlar formasını saxlamır və ya dərhal açılır.
Bu, yüksək məsaməlilik və saçın daxili keratin strukturunun itirilməsi ilə əlaqəli ola bilər.
“Saçları xilas etmək üçün ilk növbədə mütəxəssis tərəfindən diaqnostikadan keçmək lazımdır. Daha sonra ən azı 3–4 ay ərzində saç açıcı tozlardan və aqressiv fiksasiya vasitələrindən imtina etmək tövsiyə olunur. Bunun əvəzinə kutikulanı bərkitmək üçün aşağı pH göstəricisinə malik protein maskası almaq daha yaxşıdır”, – deyə Kayukov məsləhət görüb.