Səhər baş və boyun ağrısı ilə oyananlar üçün vacib xəbərdarlıq

Səhər baş və boyun ağrısı ilə oyananlar üçün vacib xəbərdarlıq Sağlamlıq

Mütəxəssislər xəbərdarlıq edirlər ki, səhərlər boyun ağrısı, əzələ sərtliyi, baş ağrısı və yorğunluq hissi ilə oyanmağın səbəbi yanlış yastıq seçimi ola bilər.

News24.az-ın məlumatına görə, yuxu zamanı baş, boyun və onurğanın düzgün vəziyyətdə olması böyük əhəmiyyət daşıyır. Yanlış yastıq boynun təbii quruluşunu poza, əzələlərin gərilməsinə və ağrıların yaranmasına səbəb ola bilər.

Mütəxəssisin sözlərinə görə, ideal yastıq başı nə çox yuxarıda, nə də çox aşağıda saxlamalıdır. Baş, boyun və onurğa mümkün qədər eyni xətt üzərində olmalıdır.

Boyun hissəsini dəstəkləyən erqonomik yastıqlar bəzi hallarda ağrıların azalmasına kömək edə bilər. Bununla yanaşı, yastığın sərtliyi və materialı da vacibdir. Orta sərtlikdə olan və formasını qoruyan yastıqlar daha yaxşı dəstək təmin edir.

Səhərlər tez-tez boyun ağrısı və yorğunluq hiss edilirsə, yastıq seçiminə yenidən baxmaq lazımdır. Uzun müddət davam edən ağrılar zamanı isə həkimə müraciət etmək tövsiyə olunur.