Səhər yeməyində bu məhsullardan uzaq durun - Xəbərdarlıq
Sağlamlıq
Səhər yeməyində bəzi məhsulların qəbulu yorğunluq və güclü aclıq hissinə səbəb ola bilər.
News24.az xəbər verir ki, bu barədə endokrinoloq Laura Bartolome açıqlama verib.
Həkim səhər yeməyində şirniyyat, un məmulatları və şirələrdən uzaq durmağı tövsiyə edib.
Mütəxəssis onların əvəzinə təbii yoqurt, qoz-fındıq, həmçinin yulaf kimi zülal və liflə zəngin məhsullara üstünlük verməyi məsləhət görüb.