Səhər yeməyində bu qidaları seçin: ürək xəstəlikləri riski azalır

Səhər yeməyində bu qidaları seçin: ürək xəstəlikləri riski azalır Sağlamlıq

Səhər yeməyi gün ərzində orqanizmin enerji və qida maddələrinə olan tələbatını qarşıladığı üçün ürək sağlamlığında mühüm rol oynayır.

News24.az-ın xəbərinə görə, "Eating Well" nəşrinin Mayami Ürək-Damar İnstitutunun kardioloqu Serciu Darabanta istinadən verdiyi məlumata görə, səhər yeməyini ötürmək olmaz. Araşdırmalar göstərir ki, bu vərdiş metabolik sindrom və ürək-damar xəstəlikləri riskini artıra bilər.

Mütəxəssis duzlu səhər yeməyini sevənlərə tam taxıllı çörək, avokado və yumurtadan ibarət menyunu tövsiyə edir. Bu qidalar zülal, lif, omeqa-3 yağ turşuları və faydalı yağlarla zəngindir, "pis" xolesterinin azalmasına və ürək sağlamlığının qorunmasına kömək edir.

Şirin səhər yeməyinə üstünlük verənlər üçün isə ən yaxşı seçim tam taxıllı yulaf sıyığı hesab olunur. Ona giləmeyvə, qoz-fındıq, darçın və az miqdarda bal əlavə etmək tövsiyə edilir. Bu kombinasiya lif, antioksidant və sağlam yağlarla zəngin olduğu üçün ürək-damar sisteminə müsbət təsir göstərir.

Kardioloq, həmçinin səhər yeməyində kolbasa və bekon kimi emal olunmuş ət məhsullarından uzaq durmağı, onların əvəzinə toyuq əti, qızılbalıq və ya digər faydalı zülal mənbələrini seçməyi məsləhət görür.