Səhərlər həddindən artıq susuzluq hiss edənlərin diqqətinə!

Səhərlər həddindən artıq susuzluq hiss edənlərin diqqətinə! Sağlamlıq

Səhər yuxudan oyandıqdan sonra güclü susuzluq hissi bəzi hallarda qanda şəkərin yüksək olması ilə əlaqəli ola bilər. Mütəxəssislər bu əlamət mütəmadi təkrarlanarsa, sağlamlıq vəziyyətinə diqqət yetirməyi tövsiyə edirlər.

News24.az xəbər verir ki, dietoloq Reyçel Ajmera “EatingWell” nəşrinə açıqlamasında səhərlər həddindən artıq susuzluğun diabetin mümkün əlamətlərindən biri ola biləcəyini bildirib.

Onun sözlərinə görə, yuxu zamanı orqanizm maye itirir. Qanda qlükozanın səviyyəsi yüksəldikdə isə böyrəklər artıq şəkəri sidik vasitəsilə xaric etməyə çalışır. Bu proses sidik ifrazının artmasına və orqanizmdə maye itkisinə səbəb ola bilər.

Mütəxəssis qeyd edib ki, səhər oyanan kimi tez-tez su içmək ehtiyacı bəzi hallarda gecə ərzində qanda şəkərin normadan yüksək olması ilə əlaqəli ola bilər.

Belə vəziyyət mütəmadi təkrarlanarsa, qanda şəkərin səviyyəsini yoxlatdırmaq və diabet ehtimalını istisna etmək üçün həkimə müraciət etmək tövsiyə olunur.

Qeyd edək ki, səhərlər susuzluq hissi təkcə diabetlə bağlı deyil, gecə ərzində maye itkisi, otağın havasının quru olması və digər amillərlə də əlaqəli ola bilər. Buna görə də yalnız bu əlamətə əsasən diabet diaqnozu qoymaq mümkün deyil.