Səhərlər yorğun oyananların nəzərinə: Bunu etməyin

Səhərlər yorğun oyananların nəzərinə: Bunu etməyin Sağlamlıq

Səhər zəngli saat çaldıqdan sonra düyməni basıb yenidən yuxuya getmək gün ərzində yorğunluq hissini artıra bilər.

News24.az xəbər verir ki, mütəxəssislər bunun "yuxu ətaləti"nə və insanın uzun müddət özünü halsız hiss etməsinə gətirib çıxardığını bildirirlər.

Bildirilir ki, oyanan kimi mobil telefonda sosial şəbəkələri və ya elektron poçtu yoxlamaq da stress hormonu olan kortizolun səviyyəsini artıra, diqqətin azalmasına və günə gərgin başlanmasına səbəb ola bilər.

Mütəxəssislər səhər yalnız bir zəngli saat qurmağı, siqnal çalan kimi yataqdan qalxmağı, bir neçə dəfə dərin nəfəs alaraq bədəni dartmağı tövsiyə edirlər. Onların fikrincə, bu sadə vərdişlər günə daha enerjili başlamağa kömək edə bilər.