Sinir hüceyrələrini qoruya bilən bitki müəyyən edildi

Sinir hüceyrələrini qoruya bilən bitki müəyyən edildi Sağlamlıq

Amerika jenşeni adlanan bitkinin sinir hüceyrələrini qorumağa və Parkinson xəstəliyinin əlamətlərini azaltmağa kömək edə biləcəyi müəyyən edilib.

News24.az xəbər verir ki, “Nutrients” jurnalında dərc olunan araşdırma Çançun Çin Tibb Universitetinin alimləri tərəfindən aparılıb.

Alimlər Parkinson xəstəliyi modeli yaradılmış siçanlara 28 gün ərzində Amerika jenşenindən alınan ekstrakt veriblər. Nəticədə siçanların hərəkət bacarıqları yaxşılaşıb, beyinlərində dopamin səviyyəsi artıb. Həmçinin xəstəliklə əlaqəli zülalın yığılması və iltihab azalıb.

Tədqiqatçılar bu təsirin bağırsaq və beyin arasındakı əlaqə ilə bağlı ola biləcəyini düşünürlər.

Lakin araşdırma yalnız siçanlar üzərində aparılıb. Vasitənin insanlarda təsirini və təhlükəsizliyini müəyyən etmək üçün əlavə tədqiqatlar lazımdır.