Süfrənizdəki bu məhsul təhlükəyə çevrilə bilər: ÜST-dən xəbərdarlıq

Süfrənizdəki bu məhsul təhlükəyə çevrilə bilər: ÜST-dən xəbərdarlıq Sağlamlıq

Düzgün qidalanma sağlamlığın qorunmasında mühüm rol oynasa da, bəzi gündəlik vərdişlər ciddi xəstəliklərə yol aça bilər.

News24.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həddindən artıq duz istehlakının insan sağlamlığı üçün risk yaratdığını açıqlayıb.

Təşkilatın məlumatına görə, yüksək miqdarda natrium qəbulu arterial təzyiqin yüksəlməsinə, ürək-damar və böyrək xəstəliklərinin yaranma riskinin artmasına səbəb ola bilər.

ÜST böyüklərə gündəlik duz istehlakını 5 qramdan az saxlamağı tövsiyə edir. Mütəxəssislər emal olunmuş qidaların, duzlu qəlyanaltıların və hazır sousların istehlakının məhdudlaşdırılmasını məsləhət görürlər.