Taylandda siçan qızdırması epidemiyası yayılır

Taylandda siçan qızdırması epidemiyası yayılır Sağlamlıq

Banqkokda və ölkənin digər sel basan bölgələrində leytospirozun (siçan qızdırması) yayılma təhlükəsi barədə xəbərdarlıq edilib.

News24.az xəbər verir ki, bu barədə Tayland Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət Departamentinin baş direktor müavini Direk Khamphen məlumat verib.

Qurum insanları sel sularında, palçıqda və durğun suda uzun müddət qalmamağa çağırıb. Bildirilib ki, xəstəliyə yoluxanlar arasında ölüm halları 1,39 faiz təşkil edir.

Mütəxəssis bildirib ki, su basmış ərazilərə daxil olmaq və ya sel çəkildikdən sonra evləri təmizləmək məcburiyyətində qalanlar rezin çəkmələr geyinməlidirlər.

Bu mümkün olmadıqda isə ayaqları su ilə birbaşa təmasdan qorumaq üçün təmiz polietilen paketlərdən istifadə etmək tövsiyə olunur.

Həmçinin sel suyu ilə təmasda olan insanlara əllərini mütəmadi olaraq sabunla yumaq və duş qəbul etmək məsləhət görülüb.