Transplantasiya ərizəsinin forması təsdiqlənib - VİDEO

Transplantasiya ərizəsinin forması təsdiqlənib - VİDEO Sağlamlıq

Səhiyyə Nazirliyinin Kollegiyası Orqan donorluğu və transplantasiya sahəsində bəzi normativ hüquqi aktlar təsdiq edilməsi barədə qərar qəbul edib.

News24.az xəbər verir ki, qərara əsasən, “Məlumatlandırılmış razılıq ərizəsinin forması” təsdiq edilib.

“Canlı donordan transplantasiya məqsədilə donor orqanın götürülməsinin zəruriliyinə və mümkünlüyünə dair həkim komissiyasının qərarının forması”; “Şəxsin ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılığı və ya orqanlarının götürülməsindən imtina barədə ərizənin forması”; “Meyit donordan donor orqanlar götürülənədək onların anatomik və funksional baxımdan qorunub saxlanmasının təmin edilməsi üçün tibbi tədbirlərin həyata keçirilməsi qaydası” və “Meyit donordan götürülmüş orqanla bağlı aktın forması” təsdiq edilib.