Ürək döyüntüləri niyə qəfil sürətlənir? - 8 əlamət
Sağlamlıq
Ürək döyüntüsü hər zaman zərərsiz olmaya bilər və bəzi hallarda ciddi ritm pozğunluqlarının əlaməti ola bilər.
News24.az xəbər verir ki, yuxusuzluq, xoruldama və yuxu apnesi ürək ritminə mənfi təsir göstərir. Həmçinin stres, siqaret, kofein, hərəkətsizlik və qeyri-sağlam qidalanma da bu halı artıra bilər.
Həkimlər xəbərdarlıq edirlər ki, ürək döyüntüsü aşağıdakı hallarla müşayiət olunarsa, risk artır: sinə ağrısı, nəfəs darlığı, başgicəllənmə və soyuq tərləmə. Xüsusilə istirahət zamanı və ya uzun müddət davam edən döyüntülər ciddi müayinə olunmalıdır.
Kardioloqlar bildirirlər ki, müasir tibbi üsullar sayəsində ritm pozğunluqları daha erkən aşkarlanır və daha effektiv müalicə imkanları mövcuddur.