Ürəkdəki bu problem ani ölümə səbəb ola bilər - DİQQƏT
Sağlamlıq
Kardiologiya üzrə mütəxəssis Tayyar Gökdəniz qəfil ölümlərin təxminən 50 faizinin ürək ritm pozğunluqları ilə əlaqədar olduğunu bildirib.
News24.az xəbər verir ki, onun sözlərinə görə, xüsusilə mədəcik taxikardiyası adlanan ritm pozğunluğu insanlarda ciddi təhlükə yaradır. Bu problem vaxtında müalicə olunmadıqda huş itkisinə və həyati funksiyaların dayanmasına səbəb ola bilər.
Mütəxəssis qeyd edib ki, belə hallar daha çox ürək əməliyyatı keçirən, infarkt yaşayan və ya ürək çatışmazlığından əziyyət çəkən şəxslərdə müşahidə olunur.
Tayyar Gökdəniz bildirib ki, ritm pozğunluqları xüsusi müdaxilə üsulları ilə müalicə edilir. Bu zaman ürəkdə problem yaradan nahiyə müəyyən olunaraq aradan qaldırılır.
O, ürək döyüntüsündə dəyişiklik, nəfəs darlığı və huş itkisi kimi əlamətlərə qarşı diqqətli olmağı tövsiyə edib.