ÜST-dən yeni infeksiya xəbərdarlığı - Qorunma üsulları AÇIQLANDI
Sağlamlıq
Əvvəlki qrip infeksiyası və ya peyvənd nəticəsində yaranan immunitet yeni qrip ştammlarına qarşı da müəyyən qədər qorunma təmin edə bilər.
News24.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri “RİA Novosti”yə açıqlama veriblər.
Mütəxəssislərin sözlərinə görə, mövsümi qrip virusları daim dəyişir və bu, onların mövcud immun müdafiəsindən qismən yayınmasına imkan verir. Bununla belə, virus dəyişdikdə immunitet tamamilə aradan qalxmır.
ÜST qrip peyvəndlərinin tərkibinin ildə iki dəfə yenilənməsini tövsiyə edir.