ÜST-ün hantavirusla bağlı açıqlaması: Yoluxma hallarının sayı arta bilər
Sağlamlıq
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus hantavirusla bağlı açıqlama verib.
News24.az xəbər verir ki, İspaniyanın paytaxtı Madriddə keçirilən mətbuat konfransında danışan Gebreyesus bildirib ki, hazırkı vəziyyət böyük epidemiya demək deyil.
Lakin virusun inkubasiya dövrünün uzun olduğunu vurğulayan ÜST rəhbəri yaxın həftələrdə yeni yoluxma hallarının arta biləcəyini deyib.