Uzunömürlülüyün sirri açıqlandı: Bu üsulla 100 yaşı keçirlər

Uzunömürlülüyün sirri açıqlandı: Bu üsulla 100 yaşı keçirlər Sağlamlıq

Las-Veqasda 106 yaşlı Manuela Diaz vəfat edib.

News24.az xəbər verir ki, Diaz uzun ömrü və aktiv həyat tərzi ilə yaxınlarının yaddaşında qalıb.

Onun nəvəsi Dizaın uzunömürlü yaşamasının əsas səbəbini nənəsinin həyata sevgisi və xoşbəxt olması ilə əlaqələndirib.

“O, çox sağlam idi və həyatı sevirdi”, – deyə nəvəsi bildirib.

Məlumata görə, Diaz rəqs etməyi sevirmiş. O, hətta yaşlı vaxtlarında belə səhərə qədər rəqs edib və əyləncələrdən zövq alırmış.

Diaz uzun illər avtomobil idarə edib, nəvələrini məktəbdən götürüb və yolda maşının radiosunda musiqi dinləyib. Evdə isə yeməkləri əsasən özü hazırlayıb, xüsusilə evdə bişirdiyi tortillalar və təzə sıxılmış portağal suyu ilə məşhur olub.