Xərçəngin BU NÖVÜNDƏN əziyyət çəkənlərin sayı daha çoxdur - RƏSMİ

Xərçəngin BU NÖVÜNDƏN əziyyət çəkənlərin sayı daha çoxdur - RƏSMİ Sağlamlıq

Azərbaycanda xərçəng xəstələrinə ən çox süd vəzisi xərçəngi diaqnozu qoyulub.

News24.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən Bizim.Media-ya məlumat verilib.

Belə ki, 2024-cü ildə 73875 xərçəng xəstəsindən 18639-u süd vəzisi xərçəngi diaqnozuyla qeydiyyata alınıb.

Məlumatda xəstəliyin digər növləri üzrə qeydiyyatda olanların sayı da açıqlanıb.

- Mədə xərçəngi - 4400

- Traxeya, bronx, ağciyər xərçəngi -3891

- Düz bağırsağın, onunla siqmavari bağırsaq birləşməsinin, anusun xərçəngi - 3523

- Qida borusunun xərçəngi - 1752

- Qırtlağın xərçəngi -1667

- Ağız boşluğunun  və udlağın xərçəngi - 1280

- Dərinin melanoması - 443

- Dodaqların xərçəngi – 296.