Yaddaş itkisini yavaşlatmaq üçün bunu edin

Yaddaş itkisini yavaşlatmaq üçün bunu edin Sağlamlıq

Qara düyü şərabı yaddaş və digər idrak funksiyalarının zəifləməsinin qarşısını alır.

News24.az xəbər verir ki, "Food & Function" jurnalında dərc olunan araşdırmada alimlər sürətləndirilmiş qocalma modeli olan siçanlar üzərində təcrübə aparıblar. Təcrübə çərçivəsində heyvanlara 10 həftə ərzində qara düyü şərabı verilib.

Nəticələr digər qruplara verilən C vitamini, 12 faizlik etanol məhlulu və modifikasiya edilmiş düyü şərabı ilə müqayisə edilib.

Müəyyən olunub ki, qara düyü şərabı qəbul edən siçanlarda bağırsaq mikrobiomunun tərkibində müsbət dəyişikliklər baş verib. Həmçinin faydalı metabolik məhsulların səviyyəsi artıb, iltihabla əlaqəli maddələr azalıb və bağırsaq baryerinin vəziyyəti yaxşılaşıb.

Alimlər hesab edirlər ki, müşahidə olunan təsir içkinin tərkibindəki bitki mənşəli birləşmələrlə və onların bağırsaq mikrobiomuna təsiri ilə əlaqəli ola bilər. Tədqiqatın nəticələri isə insanlarda eyni təsirin yaranacağını göstərmir.