Yaddaş və diqqət üçün vacib olan qidalar məlum oldu
Sağlamlıq
Beynin sağlam işləməsi üçün yağlardan tam imtina etmək düzgün deyil. EatingWell nəşrinin yazdığına görə, beynin təxminən 60 faizi yağlardan ibarətdir və bu maddələr sinir hüceyrələrinin quruluşu, siqnalların ötürülməsi, yaddaş və diqqət üçün vacib rol oynayır.
News24.az-ın xəbərinə görə, nevroloqlar bildirirlər ki, beyin üçün ən faydalı yağlar doymamış yağlar, xüsusilə omeqa-3 yağ turşularıdır. Mütəxəssislər gündəlik qəbul edilən kalorinin 20-35 faizinin yağlardan gəlməsini tövsiyə edirlər.
Faydalı yağların çatışmazlığı aşağıdakı problemlərə səbəb ola bilər:
diqqət və konsentrasiyanın zəifləməsi;
yaddaşın pisləşməsi;
əhval-ruhiyyənin pozulması;
yaş artdıqca demensiya riskinin yüksəlməsi.
Mütəxəssislər beyin sağlamlığını qorumaq üçün rasiona qızılbalıq, skumbriya, sardina kimi yağlı balıqlar, zeytun yağı, qoz, çia və kətan toxumu, avokado və digər omeqa-3 mənbələrinin daxil edilməsini tövsiyə edirlər.