Yaşlanma beyin xəstəliklərini sürətləndirə bilər

Yaşlanma beyin xəstəliklərini sürətləndirə bilər Sağlamlıq

Almaniyanın Köln Universitetinin alimləri yaşlanma ilə beyin xəstəlikləri arasında əlaqə yaradan mühüm mexanizmi müəyyən ediblər.

News24.az xəbər verir ki, araşdırmanın nəticələrinə görə, yaş artdıqca EPS8 adlı zülalın səviyyəsi yüksəlir. Bu isə hüceyrələrdə zərərli zülalların toplanmasına, sinir hüceyrələrinin zədələnməsinə və ALS (amiotrofik lateral skleroz) ilə Hantinqton xəstəliyi kimi neyrodegenerativ xəstəliklərin inkişafına səbəb ola bilər.

Tədqiqat zamanı alimlər EPS8 zülalının aktivliyini azaltdıqda zərərli zülal yığıntılarının da azaldığını və sinir hüceyrələrinin daha yaxşı qorunduğunu müşahidə ediblər.

Mütəxəssislər bildiriblər ki, bu nəticələr gələcəkdə ALS və Hantinqton xəstəliyinin inkişafını ləngidə biləcək yeni müalicə üsullarının hazırlanmasına kömək edə bilər.