Bu üç əlamət varsa, həkimə müraciət edin

Bu üç əlamət varsa, həkimə müraciət edin Sağlamlıq

Türkiyənin Düzce Universiteti Tibb Fakültəsinin müəllimi Salih Karakoyun isti havaların yaşlı insanlar üçün ciddi təhlükə yaratdığını bildirib.

News24.az xəbər verir ki, onun sözlərinə görə, zəiflik, başgicəllənmə və huşun bulanması yaşlılarda isti vurmasının ilk əlamətləri ola bilər. Bu simptomlar yaranarsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır.

Həkim bildirib ki, həddindən artıq istilər bədəndə maye və mineral itkisinə səbəb olur, bu isə ürək, böyrək və tənəffüs sistemi ilə bağlı problemləri ağırlaşdıra bilər.

Karakoyun vurğulayıb ki, çaşqınlıq, anlaşılmaz nitq, qıcolma, huşunu itirmə və bədən hərarətinin çox yüksəlməsi isti vurmasının əlamətləridir və belə hallarda dərhal təcili tibbi yardım çağırılmalıdır.

Mütəxəssis isti havalarda susuzluğu gözləmədən gün ərzində kifayət qədər su içməyi, xüsusilə 10:00–16:00 saatları arasında günəş altında qalmamağı tövsiyə edib. O, yaşlıların, uşaqların və xroniki xəstəliyi olan şəxslərin bu dövrdə daha diqqətli olmalarının vacib olduğunu vurğulayıb.