Yatmazdan əvvəl bu içkiləri içməyin! - Xəbərdarlıq
Sağlamlıq
News24.az xəbər verir ki, nevroloq Lidiya Çijikova yatmazdan əvvəl qəhvə, tünd çay və spirtli içkilərdən uzaq durmağı tövsiyə edib.
Onun sözlərinə görə, qəhvə və tünd çayın tərkibindəki kofein sinir sistemini aktivləşdirərək yuxunun keyfiyyətini aşağı sala bilər. Spirtli içkilər isə gecə dərin yuxu poza bilər.
Həkim gecə saatlarında çoxlu su içməməyi, bunun əvəzinə az miqdarda su, ilıq süd və ya yüngül bitki çayı qəbul etməyi məsləhət görüb.