Yayda bu vərdişlər dişlərə zərər verə bilər
Sağlamlıq
Yay aylarında şəkərli içkilərin tez-tez qəbulu, fasiləsiz qəlyanaltı yemək və çox isti-soyuq qidaların növbə ilə istehlakı diş minasını zədələyərək kariyes və diş əti xəstəlikləri riskini artırır.
News24.az xəbər verir ki, bu barədə stomatoloq Pavel Lısenkov məlumat verib. Onun sözlərinə görə, meyvə və giləmeyvələrin tərkibindəki turşular da diş minasını müvəqqəti zəiflədir. Bu səbəbdən turş meyvələri yedikdən dərhal sonra dişləri fırçalamaq tövsiyə edilmir.
Mütəxəssis bildirib ki, yayda ağız gigiyenasına laqeyd yanaşmaq, axşam dişləri fırçalamamaq və kifayət qədər su içməmək də diş problemlərinin yaranmasına səbəb ola bilər. O, diş sağlamlığını qorumaq üçün şəkərli içkiləri məhdudlaşdırmağı, kifayət qədər su qəbul etməyi və ağız gigiyenasına müntəzəm əməl etməyi tövsiyə edib.