Yeməkdən sonra niyə yuxumuz gəlir? - Dietoloq səbəbləri açıqladı

Yeməkdən sonra niyə yuxumuz gəlir? - Dietoloq səbəbləri açıqladı Sağlamlıq

Dietoloq Tatyana Eto bəzi insanların nahardan sonra niyə yuxululuq hiss etdiklərini izah edib.

News24.az xəbər verir ki, “Terra” ilə söhbətində mütəxəssis yeməkdən sonra yuxu gəlməsinin yalnız karbohidratlarla zəngin qidaların qəbulu ilə əlaqəli olması fikrinin doğru olmadığını bildirib. O, bu səbəbdən makaron, kartof və düyü kimi məhsulların qida rasionundan çıxarılmasını tövsiyə etməyib.

Dietoloqun sözlərinə görə, bu prosesə təsir edən əsas amillərdən biri porsiyanın ölçüsü və yeməyin tərkibidir. Bununla yanaşı, əvvəlki gecə yuxunun keyfiyyəti və insanın gündəlik rejimi də özünü necə hiss etməsində mühüm rol oynayır.

Mütəxəssis qeyd edib ki, yeməkdən sonra yaranan yuxululuq xüsusilə böyük porsiyalar və ağır qidalar qəbul edildikdə daha çox müşahidə olunur. Bu hal orqanizmin həzm prosesinə uyğunlaşması ilə əlaqələndirilir.

Tatyana Eto vurğulayıb ki, nahardan sonra müəyyən qədər yuxululuq hiss etmək normal ola bilər. Lakin bu vəziyyət tez-tez təkrarlanırsa, güclənirsə və gündəlik fəaliyyətə mane olursa, diqqətdən kənarda qalmamalıdır. Belə hallarda problemin həlli üçün yalnız qidalanma rejiminin dəyişdirilməsi kifayət etməyə bilər.