Yüksək təzyiqdən əziyyət çəkənlərə duzla bağlı xəbərdarlıq

Yüksək təzyiqdən əziyyət çəkənlərə duzla bağlı xəbərdarlıq Sağlamlıq

Dietoloq və endokrinoloq Pavel Baranov yüksək qan təzyiqindən əziyyət çəkən şəxslərə duz qəbulunu azaltmağı tövsiyə edib.

News24.az xəbər verir ki, həkim bu barədə “AIF” nəşrinə açıqlamasında bildirib. O qeyd edib ki, hipertoniya xəstələrinə gündəlik duz qəbulunu 2-3 qramdan aşağı salmaq tövsiyə oluna bilər.

Onun sözlərinə görə, dərman müalicəsinə baxmayaraq qan təzyiqi nəzarət altına alınmırsa, bəzi hallarda duz qəbulunun tamamilə məhdudlaşdırılması zərurəti yarana bilər.

Baranov qeyd edib ki, bəzən bir neçə təzyiqsalıcı dərmanın birlikdə istifadəsi belə arzuolunan nəticəni vermir. Belə vəziyyətlərdə qidalanma rejiminə, xüsusilə duz qəbuluna ciddi nəzarət edilməlidir.

Mütəxəssis vurğulayıb ki, sağlam insanların duzu bu qədər sərt şəkildə məhdudlaşdırmasına ehtiyac yoxdur. Bununla bağlı qərar hər bir şəxsin sağlamlıq vəziyyəti, əks göstərişləri və həkim tövsiyələri nəzərə alınmaqla verilməlidir.