Yuxu saatı tez-tez dəyişənlər üçün PİS XƏBƏR

Yuxu saatı tez-tez dəyişənlər üçün PİS XƏBƏR Sağlamlıq

Yeni araşdırmaya görə, sabit yuxu rejiminə sahib insanlar daha ləng yaşlanırlar.

News24.az xəbər verir ki, bununla bağlı Cons Hopkins Universitetinin alimləri araşdırma aparıb.

Tədqiqat zamanı 207 nəfərin yuxu və aktivlik rejimi xüsusi ağıllı qolbaqlarla izlənilib. Məlum olub ki, yuxu saatı tez-tez dəyişən, gecələr aktiv olan və keyfiyyətsiz yatan insanlarda epigenetik yaşlanma daha sürətli baş verir.

Alimlər bildiriblər ki, sabit yuxu rejimi daxili bioloji saatın düzgün işləməsinə kömək edir.

Araşdırmanın nəticələri "JAMA Network Open" jurnalında dərc olunub. (Publika.az)