70 işçi heyəti, 16 musiqiçi, 22 rəqqas - Zamiq konsertinin detalları
    • 30-01-2019, 13:35
    • 930

70 işçi heyəti, 16 musiqiçi, 22 rəqqas - Zamiq konsertinin detalları

Müğənni Zamiq Hüseynov fevralın 10-da Heydər Əliyev Sarayında keçirəcəyi solo konsertə ciddi şəkilə hazırlaşır.  Sənətçinin mətbuat xidmətinin yaydığı məlumata görə, konsertin təşkili üçün 70-ə yaxın işçi heyəti çalışır.  

Zamiq onlarla fotoqraf, videoqraf, 16 musiqiçi, 4 bek-vokal, 22 rəqqasın olduğu gecədə  21 mahnını canlı olaraq səsləndirəcək .

Bundan əlavə, ölkənin məşhur səs rejissorları Yaşar Baxış, Bəxtiyar Həsənov və Oleq Naumov da layihədə yer alıb.

Zamiqin geyimlərini isə tanınmış modelyer Afaq İsmayılzadə hazırlayır.  

Səhnə tərtibatı, səs,  işıq texnikası və konsertin təşkilatçılığı “SS Production”a məxsusdur.

Bu məqamda bildirək ki, musiliqi gecəyə 10 gün qalmasına baxmayaraq bütün biletlər tükənib.

//News24.az