Boşanan məşhur cütlük ilk dəfə birlikdə - FOTOLAR
    • 1-02-2019, 12:10
    • 896

Boşanan məşhur cütlük ilk dəfə birlikdə - FOTOLAR

Boşandıqdan sonra uzun müddət övladları üzərində qəyyumluq üçün mübarizə aparan, ötən ilin dekabrında isə razılığa gələn Bred Pitt və Ancelina Coli ilk dəfə birlikdə görüntülənib. 

News24.az xəbər verir ki, Los-Ancelesdə ofislərdən birində bir araya gələn keçmiş cütlük paparazzilərin obyektivlərinə tuş gəlib. Fotoqrafların sözlərinə görə Ancelina Coli görüş zamanı emosionallığı ilə diqqət çəkib. B.Pitt isə son dərəcə sakit görünüb. 

Məşhurların görüşünün səbəbi bilinməsə də A.Colinin keçmiş həyat yoldaşına yeni iradlarını bildirdiyi ehtimal olunur. 

Teymur MƏMMƏDOV