Tanınmış aparıcı İlhamiyyə Rza efirdə kobud səhvə yol verdi – VİDEO
    • 2-02-2019, 10:42
    • 1 978

Tanınmış aparıcı İlhamiyyə Rza efirdə kobud səhvə yol verdi – VİDEO

“Xəzər” televiziyasının səhər proqramı “Xəzər səhər”in aparıcılarından biri İlhamiyyə Rza efirdə kobud səhvə yol verib.

Canlı efirdə çərşənbələrin tarixindən söz açan aparıcı əvvəlcə sevincli şəkildə ilk ilaxır çərşənbə olan “su çərşənbəsi”nin 26 fevral tarixinə təsadüf etdiyini deyib.

İ.Rza sözügedən tarixdə faciəli “Xocalı soyqırımı” unudaraq, həmin günü səbirsizliklə gözlədiyini, hamını bu günü sevincək gözləməyə səsləyib: 
“Tamaşaçılara sevincək olaraq deyirəm ki, hazırlaşın, düz 25 gündən sonra fevralın 26-da ilk çərşənbəni qeyd edəcəyik. Su çərşənbəsi olacaq. İndidən hazırlaşın. Vaxtı tələsdirin, vaxtı tezləşdirin”!

Proqram zamanı daha bir maraqlı məqam isə o olub ki, verilişin digər aparıcısı - İlhamiyyə Rzanın həyat yoldaşı məşhur şair və aparıcı Həmid Herisçi onun bu kobud səhvini düzəltməyi ağlına gətirməyib.

//OrmanAz