Azərbaycanlı müğənni klipi təqdim etdi: "Bu mahnı tək sevgililərin hissləri haqqında deyil" - VİDEO
    • 1-02-2019, 19:30
    • 1 020

Azərbaycanlı müğənni klipi təqdim etdi: "Bu mahnı tək sevgililərin hissləri haqqında deyil" - VİDEO

Azərbaycanlı vokalist, beynəlxalq müsabiqələrin laureatı, prezident mükafatçısı Emin Eminzadənin "Treasure Me" ("Qədrimi bil") mahnısının klipi məşhur türk musiqi platforması Netd müzik təqdim edilib.

Emin Eminzadə açıqlamasında deyib ki, bu mahnı tək sevgililərin hissləri haqqında deyil, eyni zamanda rəqs etmək üçün əla ritmləri olan musiqidir. Mahnının musiqisi və sözləri onun özünə məxsusdur. Klipin rejissoru Habil Quliyev, operatoru isə Fransada təhsil alan və hal-hazırda orada işləyən Orxan Abbasovdur. Klipdə məşhur model Diana Katova yer alıb”. Görüntülər virtual sevgidən bəhs edir.

Xatırladaq ki, Emin Eminzadə Qazaxıstanda keçirilən “Qızıl mikrofon” müsabiqəsinin qalibidir. İtaliyada keçirilən Elia Catalano və 2012-ci İspaniyada təşkil olunana Opus müsabiqələrində iştirak edib. O, hətta ABŞ-da tələbə mübadiləsi proqramı üzrə təhsil almaq üçün təqaüd qazanmağa müvəffəq olub və Texasda təhsil alıb. Emin Eminzadə daha sonra Amerika Musiqi və Dram Akademiyasına daxil olub və təhsil alıb. Hal-hazırda gənc müğənni Azərbaycanda, Türkiyə və ABŞ-da karyerasını davam etdirir.