USD 1.7
EUR 1.9044
TRY 0.2527
RUB 0.0248
  • Bakı 20°C
  • ŞUŞA 17°C
  • GƏNCƏ 20°C
  • LƏNKƏRAN 22°C
  • ŞƏKİ 17°C
  • QUBA 17°C
  • NAXÇIVAN 12°C

AzTV-nin yeni bədii rəhbəri özündən çıxdı: "Vaxtınıza az qalıb"!

ŞOU-BİZNES / SİYASƏT

Mətn ölçüsü

AzTV-nin yeni bədii rəhbəri Ranar Musayev haqqında yazılan məlumatlara kəskin fikir bildirib.

Musayev onu təbrik edənlərə təşəkkür etdikdən sonra qeyd edib ki, təbriklər müsbət nəticə və nailiyyətlər əldə olunandan sonra, ünvanlansaydı, daha yerində olardı.

Daha sonra bədii rəhbər iradlar yağdırarq "o ki qaldi bəzi "jurnalistlərin" yaydıqları xəbərlərə, bu iişdə də ara vurub, qalmaqal salmaq lazim deyil"- yazaraq, narazılıq edib.

Ranar Musayev onun əvvəlki bədii rəhbər Etibar Babayevin vəzifəsinə keçməsini təhrif edənlərə səslənib:

"Açıqlayım Ki, mən heç kimin yerinə gəlməmişəm. Etibar Babayev işdən azad olunmayıb. Sadəcə öz istəyi ilə AzTV-de başqa vəzifəyə keçib. Münasibətlərimiz yaxşıdır, arada bir-birimize hörmətimiz var, hələ birgə işbirliklərimiz də olar. Bəzi saytlara və xəbər yazanlara çatdırmaq istəyirəm ki, onsuz da bu mövzudan reytinq tuta bilməyəcəksiz! Özünüzə məxsus, səviyyəsiz xəbərlərinizi yaymaqda davam edin. Vaxtiniza az qalib, fürsəti qaçırmayın. Bu dəfə alınmadı"!

Qeyd edək ki, tanınmış aparıcı Ranar Musayev az müddət əvvəl AzTV-yə bədii rəhbər təyin edilib. 

Azər NƏSİBOV

Xəbəri paylaş: