Kərimcan Durmaz Bakıda şou göstərəcək - EKSKLÜZİV - VİDEO
    • 8-02-2019, 10:33
    • 2 336

Kərimcan Durmaz Bakıda şou göstərəcək - EKSKLÜZİV - VİDEO

Türkiyənin dünyaca məşhur dj-i Kərimcan Durmaz uzun fasilədən sonra Bakıda şou göstərəcək.

Məşhur musiqiçi Ruhi Əliyevanın rəhbərlik etdiyi "Liatris Holding"in təşkilatçılığı ilə Bakının qonağı olacaq. Bakıda nəzərdə tutulan şou ilə bağlı artıq Ruhi xanım Əliyevayla Kərimcan Durmaz arasında razılıq müqaviləsi də imzalanıb.

Görüş zamanı Kərimcan Durmazartıq 5 ildir Bakıda olmadığını bildirərək, ölkəmizi, eləcə də paytaxt şəhərimizi çox sevdiyini deyib. Kərimcan Durmaz eksklüziv şousunu aprelin 19-da Bakının məşhur məkanlarından olan "Elektra Hall" səhnəsində nümayiş etdirəcək.

O, Bakımıza ukraynalı rəqqasları ilə birgə gələcək. Kərimcan Durmaz Azərbaycandakı sevənləri üçün möhtəşəm şou hazırladığını da bildirib: "Sevimli Bakı, möhtəşəm şouya hazır ol. Gözləyin məni əziz Azərbaycandakı sevənlərim. Gözləməyinizə dəyəcək. Buna söz verirəm”. “Liatris Holding”in təşkilatçılığı ilə baş tutacaq şounun informasiya dəstəyi News24.az-a məxsusdur.

Ülkər QASIMOVA