Üçü birində - Elvin Musayev - VİDEO
    • 11-02-2019, 16:08
    • 3 348

Üçü birində - Elvin Musayev - VİDEO

Təkcə Azərbaycan deyil, Türkiyə müğənniləri ilə də işbirliyi olan aranjimançı-bəstəkar Elvin Musayev artıq müğənni kimi solo fəaliyyətə başlayıb.

Albom üzərində işləyən Elvin sözləri Gülnar Sultana, musiqisi özünə aid "Nağıl imiş" mahnısına klip çəkdirib. Klipin rejissoru Rəhman Əliyev, operatoru Tərlan Haqverdiyevdir. Sözügedən mahnı albomda yer alacaq və aranjimanı Ramin Vəlizadəyə məxsusdur. 

Qeyd edək ki, Elvin Musayev solo karyeraya başlamazdan əvvəl müəllifi olduğu mahnıları - Ümmanla "Yeri görünür", Günay İbrahimli ilə "Dəyərmi" duet ifa edib.

Yeni klipi təqim edirik:

Azər NƏSİBOV