"Eşqimiz" konsertində yaşananlar - VİDEO
    • 15-02-2019, 17:47
    • 1 149

"Eşqimiz" konsertində yaşananlar - VİDEO

Ötən gün Rəşid Behbudov adına Mahnı Teatrında rejissor Nail Naiboğlu və iş xanımı Leyla Misirovanın təşkilatçılığını etdiyi "Eşqimiz" adlı konsert proqramı baş tutub. 

News24.az xəbər verir ki, böyük marağa səbəb olan konsertdə əməkdar artist Mətanət İşgəndərli, müğənnilər Nadir Qafarzadə, Orxan Babazadə, rəqqasə Renka Ağamuradova, türkiyəli ulduz Ravza Esin Kara və başqaları iştirak edib. 

Gecədə həmçinin Renka Ağamuradovanın yeni "Art trilogy" adlı klipinin də təqdimatı baş tutub. Qeyd edək ki, ekran işinin rejissorluğunu Nail Naiboğlu edib. 

Teymur MƏMMƏDOV
Video: Fərid ŞABANOV