Tanınmış müğənni nişanlandı - FOTO
    • 16-02-2019, 16:52
    • 1 097

Tanınmış müğənni nişanlandı - FOTO

Türk müğənnisi Ziynet Sali nişanlanıb.

News24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə müğənni "Enbe" orkestrinin konsertindən çıxdıqdan sonra maqazinçilərə bildirib.

Konsertə sürpriz qonaq kimi qatılan Salının yanında sevgilisi Erkan Erzurumlu da olub. Salı bildirib ki, sevgilisi ilə onu musiqi birləşdirib. 14 fevral günü isə Erkan ona təkdaş üzük bağışlayıb. 

Z. Salı nişanlandığı üçün özünü xoşbəxt hiss etdiyini qeyd edib.

News24.Az