Günay İbrahimli "Qram qram" - VİDEO

Günay İbrahimli "Qram qram" - VİDEO
ŞOU-BİZNES / SİYASƏT

19 fevral 2019, 10:26

Mətn ölçüsü

Müğənni Günay İbrahimli “Qram-qram” adlı yeni klipini təqdim edib.  

News24.az xəbər verir ki, sənətçi bu dəfə sözləri və musiqisi Elvin Muxtara aid mahnını ekranlaşdırmaq qərarına gəlib.

O, yeni layihəsini gənc rejissor Nuran Məmmədova həvalə edib. Çəkilişlər G. İbrahimlinin villasında lentə alınıb, bunun üçün sənətçinin mənzilində studiya qurlaşdırılıb.

Böyük komandanın çalışdığı ekran işinin çəkilişləri 24 saat davam edib. İbrahimli yeni işi üçün dörd fərqli obrazda kamera qarşısına keçib.
Günayın sözlərinə görə, bu dəfə o, heç bir modelyerlə əməkdaşlıq etməyib, geyimlərini özü hazırlayıb.

Teymur MƏMMƏDOV

YouTube