Mətanət ad günündə Sərxanla barışdı, xanəndənin qarşısında diz çökdü - VİDEO
    • 19-02-2019, 15:00
    • 1 995

Mətanət ad günündə Sərxanla barışdı, xanəndənin qarşısında diz çökdü - VİDEO

Müğənni Mətanət Əsədova özünə ad günü keçirib.

News24.az xəbər verir ki, paytaxt restoranlarının birində baş tutan məclisə ifaçının yaxın dostları və şou-biznes nümyayənləri qatılıb. 

Gecə maraqlı məqamlarla yadda qalıb. Məclis mərhum müğənni Nərminə Məmmədovanın "Ay işığında" mahnısı ilə başlayıb. 

Daha sonra M.Əsədovanın qalmaqal yaşadığı Sərxan Kərəmoğlu ilə barışması zalda əyləşənlərin təəccübünə səbəb olub. Barışıq Manaf Ağayevin təşəbbüsü ilə baş tutub.

Ad günü sürprizsiz də ötüşməyib. Xalq artisti Könül Xasıyevanın ad gününə dəvətsiz gəlməsi səbəbkarın sevincinə səbəb olub. Müğənni qonaqların gözü qaşısında xalq artistinin önündə diz çöküb. 

Gecədən olan maraqlı görüntüləri təqdim edirik:

Teymur MƏMMƏDOV
Video: Fərid ŞABANOV