Küsülü olan məşhurlar barışdı - FOTO
    • 23-02-2019, 13:47
    • 1 050

Küsülü olan məşhurlar barışdı - FOTO

Altı ildir küsülü olan iki məşhur - Demet Akalın və Alişan barışıblar.

Məşhur ikili aralarındakı buzu tele proqramların birinə qonaq olarkən əridiblər. Demet Alişanın yeni doğulan oğlu Burak haqda duyğusal fikirlər söyləyərkən, Alişan duyğulanaraq, gözyaşlarına boğulub. Demet də əvəzində ona "Hira (qızı - red.) doğulanda gəlsəydin, küsülülüyümüz 2 il əvvəl bitmiş olardı" - deyə, zarafat edib. 

Proqramdan sonra iki məşhur instagramda bir-birilərini izləməyə başlayıblar.

News24.Az