İrem Derici ad gününü Azərbaycanda qeyd edəcək
    • 25-02-2019, 17:53
    • 1 295

İrem Derici ad gününü Azərbaycanda qeyd edəcək

Məşhur türk müğənnisi İrem Derici Azərbaycana gəlir.

Bu barədə aparıcı-prodüser Vüqar Azəroğlu eksklüziv olaraq News24.Az-a məlumat verib. Onun dediyinə görə Dericinin Bakıya təşrifi Novruz bayramı ərəfəsinə təsadüf edəcək.

Ad gününü Bakıda keçirəcək türkiyəli sənətçi paytaxtda yerləşən istirahət məkanlarının birində konsert proqramı ilə çıxış edəcək. 

Vüqar Azəroğlu eyni zamanda İremin Bakıda reallaşacaq konsertinin aparıcısı olacaq.

Teymur MƏMMƏDOV