Azərbaycanlı müğənninin toy tarixi bəlli oldu - EKSKLÜZİV
    • 1-03-2019, 17:28
    • 1 306

Azərbaycanlı müğənninin toy tarixi bəlli oldu - EKSKLÜZİV

Bir müddət əvvəl əmisi qızı ilə nişanlanan müğənni Əhməd Mustafayevin toy tarixi bəlli olub.

News24.az-a danışan ifaçı nişanlısı Səbinə xanımla toyunun 15 aprel tarixində baş tutacağını bildirib:

“Qapım bütün media nümayəndələrinə açıqdır. Çünki mənim çətin vəziyyətimdə onlar yanımda olub.

Xoş günümdə onlardan gizli və ya qapalı toy etmək fikrində deyiləm. Ona görə də şəxsən dəvət edəcəyim jurnalistlər olacaq. Çağıra bilmədiklərimə isə qapı açıqdır”.

Teymur MƏMMƏDOV