Məşhur müğənniyə dövlət səviyyəsində qadağa
    • 11-03-2019, 20:46
    • 837

Məşhur müğənniyə dövlət səviyyəsində qadağa

Ukraynada məşhur italyan müğənnisi Al Banonun çəkildiyi film və serialların nümayişinə qadağa qoyulub.

News24.Az bildirir ki, bu barədə Ukraynanın Kino işləri üzrə dövlət agentliyi bildirib. Agentliyin verdiyi məlumata görə Al Bano Ukrayna xalqının milli təhlükəsizliyi üçün təhlükəli şəxs hesab edilir.
Qeyd edək ki, italyan müğənnisinin adı bu gündən Ukraynada qara siyahıya əlavə olunub. Sözügedən siyahıda Rusiyanın bir çox məşhurlarının da adı var. 

News24.Az