Bakıda unudulmaz şou vəd edən Kərimcan Durmazın BİLETLƏRİ SATIŞDA
    • 12-03-2019, 13:59
    • 1 432

Bakıda unudulmaz şou vəd edən Kərimcan Durmazın BİLETLƏRİ SATIŞDA

Türkiyəli məşhur Dj Kərimcan Durmaz möhtəşəm şou proqram ilə Bakının qonağı olacaq. News24.az xəbər verir ki, konsert “Liatris Holding”in təşkilatçılığı ilə aprelin 19-da, saat 20:00-da “Elektra Events Hall”da baş tutacaq.

Bakı sakinlərinə unudulmaz şou vəd edən, səhnədə ukraynalı rəqqaslarla çıxış etməyə hazırlaşan K.Durmazın konsert biletləri də artıq satışdadır.

5 ildir paytaxtımıza gəlməyən Kərimcan Durmaz, çox həyəcanlı olduğunu və Bakını sevdiyini bildirib.

Biletləri şəhərin kassaları və iticket.az saytından əldə edə bilərsiniz.

Qeyd edək ki, “Liatris Holding”in təşkilatçılığı ilə keçiriləcək konsertin informasiya dəstəyi News24.az saytına məxsusdur.