“Azərişıq” Nura Surinin şikayətinə cavab verdi - AÇIQLAMA

“Azərişıq” Nura Surinin şikayətinə cavab verdi - AÇIQLAMA
ŞOU-BİZNES

26 iyul 2018, 18:14

Mətn ölçüsü

Xəbər verdiyimiz kimi, müğənni Nura Suri Qusar rayonunun Fəxrəddin Musayev küçəsində gün ərzində elektrik enerjisinin bir neçə dəfə kəsilməsindən şikayət edib. 

News24.az məsələ ilə bağlı  “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlayıb. 

Qurum rəsmisi yaranan problem haqda bunları deyib:

“Həm elektrik stansiyasında həm də naqillərində problem var idi və bir neçə gündür ki, təmir işləri aparılırdı. Bu səbəbdən də günün müəyyən saatların elektrik enerjisnin verilişi dayandırılırdı. 

Problem bu gün tam həll olundu. Sabahdan etibarən isə belə hal yaşanmayacaq”.

Teymur Məmmədov