Ölən müğənninin qızı barədə - QƏRAR
    • 21-03-2019, 18:21
    • 995

Ölən müğənninin qızı barədə - QƏRAR

Az müddət əvvəl dünyasını dəyişmiş Rusiyanın populyar müğənnisi Yuliya Naçalovanın qızı Vera barədə ailədaxili qərar verilib.

News24.az
xəbər verir ki, qərar anasını itirmiş 12 yaşlı Veranın bundan sonra kiminlə yaşayacağı barədədir. Sağlığında anası ilə yaşayan Veranın atası futbolçu Yevgeniy Aldonin qızının onunla yaşamağa davam etməsini təklif etsə də, Yuliyanın valideyinləri buna razı olmayıblar. Baxmayaraq ki, Yuliyadan boşandıqdan sonra da Yevgeniy qızına həmişə qayğı göstərib, ancaq Veranın ana - nənə və babası nəvələrinin onlarla yaşayacağını bildiriblər. Futbolşu öz növbəsində onların qərarına hörmətlə yanaşıb. Ancaq qızını bundan sonra da diqqətdə saxlayacağını bildirib.