Tanınmış meyxanaçı  Aydın Xırdalanlı vəfat edib
    • 23-03-2019, 20:18
    • 2 695

Tanınmış meyxanaçı Aydın Xırdalanlı vəfat edib

Bir neçə müddətdir  xəstəlikdən əziyyət çəkən meyxanaçı Aydın Xırdalanlı (Aydın Quliyev) vəfat edib.

News24.az-ın məlumatına görə, bu barədə meyxanaçı  Namiq Qaraçuxurlu öz instaqram səhifəsində  yazıb və  meyxanaçının ailəsinə baş sağlığı verib. N.Qaracuxurlu eşitdiyi xəbərdən sarsildiğını da qeyd edib: "Arzum var idi söz xiridarları üçün yeni deyişmə hazırlayaq. Çox darıxmışdım onunla meyxana demək üçün. Allah sənə rəhmət eləsin Aydın. Kaş bu xəbər yalan olaydı".  Qara ciyər serrozundan əziyyət çəkən A.Xırdalanlının bir neçə gündür ki, vəziyyətinin ağırlaşdığı və son günlər ağ ciyərində də problemin yarandığı deyilir. Meyxanaçının axşam saatlarında dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, A.Xırdalanlı uzun müddətdir qaraciyər sirrozundan əziyyət çəkirdi.

Mərhum meyxanaçı   1977-ci ildə dünyaya gəlib. Onun ifasında bir çox meyxanalar insanlar tərəfindən sevilib.