Faiq Ağayev: “Prezidentə acınacaqlı vəziyyət haqda danışacağam”
    • 25-03-2019, 15:46
    • 1 966

Faiq Ağayev: “Prezidentə acınacaqlı vəziyyət haqda danışacağam”

Müğənni Əkbər Əliyev telekanallara reytinq xətrinə qonaq çağırılan müğənni, ektrasens və digər tanınmış simalardan şikayətlənib.

News24.az
xəbər verir ki, ifaçı məsələnin həll olunması üçün xalq artistləri Faiq Ağayev, Flora Kərimova, Brilliant Dadaşovadan bu məsələnin həlli üçün bir yol tapmağa səsləyib.

Xalq artisti Faiq Ağayev ifaçının çağırışına biganə qalmayıb. O, Ə.Əliyevin sosial şəbəkədə yazdığı statusa şərh yazaraq fikir bildirib: “Yalnız öz adıma cavab verə bilərəm ki, dövlət başçımız mədəniyyət xadimləri ilə görüşəndə, orada bir dənə də olsun estrada musiqisini təmsil edən şəxs görmədim, əfsus. Kimlər bu siyahını hazırlayıbsa, bizi sanki görməməzlikdən keçib. Əgər bələ görüş bir daha təşkil olunsa və dəvətlilər sırasında olsam, cənab Prezidentə mütləq ümumi acınacaqlı vəziyyət haqda, çıxış yolları barədə danışacağam”.