İrəm Dərici Rəqsanənin qızının mahnısını oxuyacaq
    • 27-07-2018, 18:06
    • 1 785

İrəm Dərici Rəqsanənin qızının mahnısını oxuyacaq

Türkiyənin məşhur müğənnisi İrem Dərici azərbaycanlı müğənni, Rəqsanənin Aysun İsmayılovanın repertuarına müraciət edib.

İrəm söz və musiqisi Zülfü Bədəlova məxsus olan “Şərtim var” mahnısını səsləndirəcək. Mahnının icazəsini alan ifaçı sözügedən bəstəni sentyabr ayında təqdim edəcək. Onun mahnıya klip çəkdirəcəyi də gözlənilir.

Qeyd edək ki, Türkiyədə fəaliyyətə başlayan bəstəkar Zülfü Bədəlov Sinan Akçıl və şirkəti ilə işbirliyinə başlayıb. Onun “Deməsinlər” mahnısını Sinan Akçıl həmkarı Melda ilə duet şəklində ifa edib. Daha öncə “Deməsinlər”i Rahidə Baxışova oxumuşdu.